İlham Əliyev Putinlə telefonla danışıb

10:57 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Noyabrın 2-də Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

 

Bütün xəbərlər