Onlar separatçı Qarabağ rejimini dəstəkləyən bütün şirkətlərlə əlaqəni kəsir – Qərar

11:33 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. “Caspian Energy Club”un İdarə Heyəti Ermənistanın aqressiv siyasətini və separatçı Qarabağ rejimini dəstəkləyən bütün şirkət və təşkilatlarla birtərəfli qaydada əməkdaşlığı dayandırmaq qərarı qəbul edib.

ABC.AZ-ın məlumatına görə, bunu “Caspian Energy Club” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

O bildirib ki, bu şirkət və təşkilatlar bütün mövcud informasiya resurslarına girişdən məhrum ediləcək. “Caspian Energy Club”un dünyanın 50 ölkəsində idarə etdiyi biznes netvorkinq üçün beynəlxalq platformalara daxil ola bilməyəcəklər” deyə T. Əliyev bildirib.

 

Bütün xəbərlər