Azərbaycan daha bir ölkə ilə birbaşa uçuşlar həyata keçirəcək – Səfir açıqladı

15:30 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcəyi gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında bildirib.

Səfir qeyd edib ki, Pakistan və Azərbaycan arasında birbaşa uçuşlara başlamaq perspektivlərini müzakirə etmək üçün AZAL prezidenti ilə görüşüb.

"Cənab Cahangir Əsgərovla faydalı bir görüş keçirdik. Koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağını bölüşməkdən məmnun olacağam”, - deyə səfir qeyd edib.

 

Bütün xəbərlər