Bu rayonlardakı məktəblər dağıntılara məruz qalıb – Siyahı

16:49 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, indiyənədək ümumilikdə 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb. Ağdamda 14, Tərtərdə 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə 1 məktəb binası dağıntılara məruz qalıb.

 


Bütün xəbərlər