İndiyədək bu qədər COVİD-19 testi aparılıb – Statistika

15:27 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub.

ABC.AZ xəbər verir ki, bunu Operativ Qərargahdan bildiriblər.

Onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir. Ölkədə son sutka ərzində 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.

Qeyd edək ki, 03 Noyabrda 1242 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 

 

Bütün xəbərlər