Doqquz ayda Bakıda bu qədər şəxs işsizlikdən sığorta ödənişi alıb – 400 manatdan çox

16:01 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Bakıda işsizlikdən sığorta ödənişi alan 172 nəfərə hesablanmış orta aylıq məbləğ 403,2 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, işsiz şəxslərdən 163 773 nəfəri qadınlar olub. İşçi qüvvəsinə olan tələbat sentyabr ayının axırına şəhər üzrə cəmi 16 209 nəfər təşkil edib ki, onlardan da 9 436 nəfəri peşə və ixtisası olmayan şəxslərdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər