Azərbaycan bu ölkə ilə şəhərsalma sahəsində əməkdaşlıq edəcək – Məsələ müzakirə olunub

14:47 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanı qəbul edib.

Komitədən ABC.AZ-a daxil olan məlumata görə, görüşdə iki ölkənin müvafiq dövlət orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və təşkili sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib. Həmçinin layihələndirmədə və şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər