Daha bir yol yenidən qurulur – Foto

10:50 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində 18500 kv.m asfalt örtüyü salınaraq, işıq dirəkləri yeniləri ilə əvəz edilir.

Qurumdan ABC.AZ-a daxil olan məlumata görə, piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün yol kənarında səkilər təmir edilir, olmayan yerlərdə isə yeniləri qurulur.

Qeyd edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə aparılır.

 


Bütün xəbərlər