330x110
 

Audit xidmətinin rəhbərinə vəzifə verildi – Fonda direktor təyin olundu

06.11.2020,11:24


6 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Əmanətlərin Sığortalanması Fondunda yeni təyinatlar olub.

ABC.AZ-ın məlumatına görə, həmçinin Elnur Rzayev Fondun Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elnur Rzayev bundan əvvəl 2018-2020-ci illərdə “Aztexnika LTD MMC” – də İcraçı direktorun müavini - Maliyyə departamentinin direktoru vəzifəsində, 2020-ci ilin aprel ayından son təyinata qədər isə “AZSIĞORTA ASC”-də Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışıb. Müəllif: Elmir Murad