Azərbaycan müdafiə sənayesinə investisiya cəlb edir – Forum olacaq

11:44 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi ilə onlayn Forum keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, noyabrın 10-da keçiriləcək Forumda  Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunması müzakirə olunacaq.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur.


Bütün xəbərlər