Bu şəhər və rayonlarda ictimai nəqliyyat tam dayandırılır – Siyahı

15:44 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi Nazirlər Kabineti Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

ABC.AZ-ın məlumatına görə, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı.

Yeni qərarla noyabrın 7-i saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

 

Bütün xəbərlər