"Covid-19"-lə mübarizə üçün Kubadan Azərbaycana həkimlər gəldi - Foto

17:24 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti həkim briqadası gətirilib.

ABC.AZ xəbər verir ki, Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq.

TƏBİB-in şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəklərini qeyd edib.

 


Bütün xəbərlər