İlham Əliyevlə Ərdoğan bir-birlərini təbrik edib

14:02 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Noyabrın 10-da Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Prezidentin mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər.

Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Bütün xəbərlər