TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) növbəti layihəyə start verdi

11:40 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində AYİB və TuranBank növbəti texniki dəstək layihəsinə start vermişdir. Yeni layihə çərçivəsində AYİB tərəfindən cəlb edilmiş TA Consult Partners konsultant şirkəti banka risk və uyğunluq siyasətinin idarə edilməsi və uyğunluq (komplayans) prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması işində dəstək göstərəcəkdir. Artıq məsləhətçi şirkətin ekspert qrupu tərəfindən bankın ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilmiş və qarşılıqlı müzakirələrdən sonra texniki yardım layihəsinin iş planı təsdiq edilmişdir.

Qeyd edək ki, AYİB-nin texniki yardım layihəsi və digər müvafiq xidmətləri bankda risk nəzarəti prosedurlarının effektiv idarə olunmasının təmin edilməsini hədəfləyir. Layihə risklərin idarə edilməsi sisteminin ümumi qaydaları və prosedurlarının təkmilləşdirilməsi, əməliyyat riski prosedurlarının effektivliyinin artırılması və bankın müvafiq risk strategiyasının ərsəyə gəlməsini əhatə edəcəkdir.

Adıçəkilən layihə, Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçiriləcəkdir.

TuranBank

Bizimlə etibarlıdır.....

Bütün xəbərlər