Hikmət Hacıyev Fransa rəsmilərinə səsləndi - Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır

14:13 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezidentin köməkçisi Hikmət Hacıyev Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupundakı mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirməsini bildirib.

ABC.AZ-ın məlumatına görə, o ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirdiyini vurğulayıb.

"Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir. Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır” deyə H. Hacıyev qeyd edib.  

Bütün xəbərlər