Yoluxanlar 1202, ölənlər 18 nəfər - Günün statistikası

16:41 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1202  yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bununla yanaşı 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.

 

Bütün xəbərlər