Bu terror qruplarına qarşı cinayət işi açıldı – Baş Prokurorluq

17:35 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. İraq Respublikasının müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin, eləcə də Livan Respublikasının vətəndaşı Vartkes adlı şəxsin və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material əsasında araşdırma aparılıb.

Baş Prokurorluqdan ABC.AZ-a bildirilib ki, araşdırmalarla Aslan Murad Vartanyan, Bese Hozat və qeyrilərinin çağırışı, Livan Karadağ, Hemaran Kervaçian, Sərvət Bagopşinin rəhbərliyi altında Suriya, Livan, İraq Respublikasının müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid bir qrup şəxslərin 2016-cı ilin mart-aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında, Livan Respublikasının vətəndaşı Vartkes adlı şəxs və digərlərinin isə 2020-ci ilin oktyabr ayında Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş Prokuroru tərəfindən cinayət işləri başlanılıb.

 

Bütün xəbərlər