Azərbaycanda koronavirusa daha 2259 yoluxma faktı qeydə alınıb - Günün Statistikası

18:32 - 15.11.2020


15 noyabr, Fineko/abc.az.  Azərbaycanda koronavirusa daha 2259 yoluxma faktı qeydə alınıb, 1101nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırda ölkədə 75 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 55 min 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 19571 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 516 min 84 test aparılıb. Bugünkü test sayı isə 13377-dir.

Bütün xəbərlər