Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfər edəcəkdir

11:18 - 15.02.2018


15 fevral, Fineko/abc.az. Azərbaycanın Xarici işlər naziri Almaniyaya işgüzar səfər edəcəkdir.

XİN-nin məlumatında deyildiyi kimi, Elmar Məmmədyarov 16-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak  edəcək.

Səfər çərçivəsində Elmar Məmmədyarov nitq söyləyəcək və ikitərəfli görüşlər keçirəcək.

 

Bütün xəbərlər