“Baku Steel Construction”-nın səhmdarları toplaşacaq – Səbəb

10:20 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Dekabrın 30-u saat 15:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada və ötənilki maliyyə-təsərüffat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi, balansında olan əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər