Daxili işlər orqanlarında kadr islahatı – Bayram Səfərovun oğlu sərəncama götürüldü

12:09 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Daxili işlər orqanlarında yeni təyinat olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub. Xəzər RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

 

Bütün xəbərlər