Ermənistan ekoloji terrora son qoysun – Ombudsmandan çağırış

12:21 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, təcavüzkar Ermənistan tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırış edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil məlumat yayıb.

Bildirilir ki, təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir.

"Bu regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər