Məğlub Ermənistanda istefalar davam edir – XİN rəhbəri də postundan getdi

16:11 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. 44 günlük müharibədən məğlub çıxan Ermənistanda istefa dalğası davam edir.

ABC.AZ xəbər verir ki, bu dəfə Ermənistan arici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.

Artıq bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan da öz feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, Z.Mnatsakanyanın postundan gedəcəyini bir müddət əvvəl baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında qeyd etmişdi.

 

Bütün xəbərlər