Koronavirus bir gündə 45 can aldı – Gürcüstanda vəziyyət daha da pisləşir

12:31 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Gürcüstanda bu günə olan yoluxma və ölüm sayında yenidən artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 3 117 yeni yoluxma qeydə alınıb.

Bu gün virusdan 45 nəfərin ölməsi ilə bərabər ümumilikdə 778 nəfər həyatını itirib. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3638 nəfər sağalıb.

Hazırda ölkə üzrə karantində 2 797 stasionar nəzarətdə isə 5 662 nəfər saxlanılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər