Türkiyədən Azərbaycana işləməyə gələnlər 2 dəfə artıb – Hesabat

15:20 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2 dəfə artıb. İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 7 600 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 46,7 faiz azdır.

 

Bütün xəbərlər