Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

15:26 - 15.02.2018


15 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev, Florida ştatındakı Parklend şəhərinin məktəbində baş vermiş faciə ilə bağlı ABŞ prezidenti Donald Trampa  başsağlığı məktubu göndərib.

“Hörmətli cənab Prezident,

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 

Bütün xəbərlər