İstehsalı artan və azalan tikinti materialları – Siyahı

15:10 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 614,7 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti materiallarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artıb.

Bu dövr ərzində tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 20,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 1,4 faiz artıb. Sementin istehsalı 1,2 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 33,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37,5 faiz, asfaltın istehsalı isə 56,1 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər