Sahibkarlar azad olunmuş ərazilərə cəlb olunur? – İclas keçirilib

12:14 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) rəyasət heyətinin geniştərkibli iclası keçirilib.

ASK-dan ABC.AZ-a daxil olan məlumata görə, iclasda Azərbaycan torpaqlarının işğaldan azad olunması və qələbədən danışılıb.

Qeyd olunub ki, indi növbə sahibkarlarındır.

"İşğaldan azad olunan rayonların bərpasında, iqtisadi cəhətdən dirçəldilməsində sahibkarların üzərinə böyük və şanlı vəzifələr düşür" deyə tədbirdə qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər