Qonşu ölkədə işsizlik xeyli artıb – Bu özünü ən çox kişilər arasında göstərir

14:30 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Bu ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 11,9% təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7 faiz bənd çoxdur. "İyul-sentyabr aylarında şəhər yerlərində işsizlik 18,8%, kənd yerlərində isə 4,8% olub. Kişilər arasında bu göstərici 13,9%, qadınlar arasında isə 9,4% təşkil edib" deyə qurumun məlumatında bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər