Koronavirusla bağlı hazırda təsdiqlənən vaksin yoxdur – Mühüm açıqlama

15:32 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Karantin tədbirlərinin yalnız virusun geniş yayıldığı rayonlar üzrə tətbiq edilməsi, lokal bağlanmalar gözlənilən müsbət nəticəni vermir.

ABC.AZ-ın məlumatına görə, bunu brifinqdə TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.

Koronavirusa qarşı vaksinlərin tətbiq olunacağı zamana toxunan TƏBİB rəsmisi sözlərinə belə davam edib:

“Koronavirusla bağlı hazırda təsdiqlənən vaksin yoxdur. Bu gün üzərində sınaq aparılan və namizəd olan peyvəndlərin tətbiqinə isə gələn ilin aprelində başlana bilər”.

 

Bütün xəbərlər