İndiyədək COVİD 19-a yoluxanların sayını bilmək üçün qədər test aparılıb?

16:07 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah son sutka ərzində koronavirusdan ölən və yoluxanlarla bağlı günlük statistikanı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

18 Noyabr 2020-ci il tarixində son gün ərzində 2239 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 15 Noyabrda bu günədək ən yüksək yoluxma faktı (2259) qeydə alınmışdı.

 

Bütün xəbərlər