Yoluxmada yeni rekord – 3 mini də keçdi

16:28 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, son sutkada 26 nəfər “COVID-19”dan vəfat edib.

1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edək ki, bu ölkədə indiyənədək ən çox qeydə alınan yoluxmadır.

 

Bütün xəbərlər