“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

15:08 - 23.11.2020


23 noyabr, Fineko/abc.az.  “Caspian Energy Club”un üzvlərinin “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən ümumi toplantısı çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Klubdan ABC.AZ-a bildirilib ki, “Caspian Energy Club”un üzvləri klubun sədri və baş icraçı direktoru Telman Əliyevin “Caspian Energy Club”un Qarabağda və işğaldan azad olunmuş bütün rayon mərkəzlərində daimi nümayəndəliklərinin yaradılması təklifini yekdilliklə dəstəkləyiblər. Bu nümayəndəliklər potensial investor və beynəlxalq şirkətlər üçün sahə biznes-forumların, biznes-tur və onlayn təqdimatların təşkili ilə məşğul olacaq. Həmin nümayəndəliklərə Qarabağdan çıxmış, həmçinin işğaldan azad olunmuş ərazilərdə infrastrukturun və həyat fəaliyyətini tənzimləyən bütün sahələrin abadlaşdırılmasını sərbəst şəkildə investisiyalaşdırmağa və bu prosesdə şəxsən iştirak etməyə hazır olan sahibkarlar rəhbərlik edəcək.

Sıralarında 50 ölkədən 5000 çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!

Bütün xəbərlər