Bu tibb işçilərinə maaşdan əlavə pul verildi – 1 milyon manatdan çox əlavələr ödənilib

14:22 - 24.11.2020


24 noyabr, Fineko/abc.az.  Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına oktyabr ayı ərzində müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyinin ABC.AZ-a daxil olan məlumata görə, qurumun  tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Nazirlikdən bildirilib ki, qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

 

Bütün xəbərlər