330x110
 

Gürcüstanda 100 min nəfər işsiz qala bilər – Pandemiya ölkəni çətin duruma salıb

24.11.2020,16:31


24 noyabr, Fineko/abc.az. Koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhran səbəbindən 2020-ci ilin yekunlarına əsasən, Gürcüstanda 100 000 insan işini itirəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

Qeyd olunub ki, cari ildə işsizlik səviyyəsi 4% artacaq. Buna müvafiq olaraq, işsizlik göstəricisi 16,3% təşkil edəcək. 2019-cu ildə bu göstərici 12,3%-ə bərabər olub.

Müəllif: Elmir Murad