Bakıda daha 10 yerdə avtobus zolaqları olacaq – Açıqlama

11:29 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Bakının daha 10 küçə və prospektində avtobus zolaqları təşkil olunacaq.

ABC.AZ xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin Yol hərəkəti təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

O qeyd edib ki, artıq bununla bağlı razılıq da əldə olunub.

Onun sözlərinə görə, Nazirlər Kabineti artıq bu istiqamətdə müvafiq tapşırıq verib və onların icrasına yaxın vaxtlarda başlanacaq.

"Bundan öncə 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilib. Bütün bu görülən işlərin əsas məqsədi Bakı şəhərində mobilliyin artırılmasıdır ki, bu istiqamətdə də avtobus zolaqları bizim üçün prioritetdir və bunun təşkili üçün də bir çox təbirlər həyata keçirilir" deyə şöbə müdiri bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər