Bakıda 5 böyük nəqliyyat mübadilə mərkəzi tikiləcək

11:57 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Bakıda daha 5 yeni böyük nəqliyyat mübadilə mərkəzi təşkil olunacaq.

ABC.AZ xəbər bunu "Online Baku City Forum"da çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev deyib.

O qeyd edib ki, eyni zamanda şəhər və qəsəbələrdə də 6 kiçik habın yaradılması planlaşdırılır.

"Bu təşəbbüs bir çox Avropa ölkələrində tətbiq olunur. Şəhərətrafı kəndlərdən, qəsəbələrdən gələn vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrini belə orada park edərək ictimai nəqliyyatdan istifadə yararlanırlar ki, bu da şəhərin mərkəzi hissələrində tıxacların qismən seyrəldilməsinə səbəb olur", - deyə A. Əliyev qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər