Parklanma ilə bağlı tarif siyasəti hazırlanacaq

12:12 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Bakıda avtomobillərin park edilməsilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

ABC.AZ-ın məlumatına görə, bunu "Online Baku City Forum"da Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov bildirib.

O qeyd edib ki, bu plan əvvəlcə ictimaiyyətə təqdim olunacaq və bundan sonra onun tətbiqinə başlanılacaq.

Agentlik rəsmisinin sözlərinə görə, hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub və parklanma məsələləri təhlil edilir:

“Parklanmanın idarə edilməsi şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə, həm də tıxaca təsir göstərir. Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər