Sahibkara məxsus 5 şirkət ləğv olundu

14:51 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına almış "Khazar Fabrcication", "Khazar Energy", "Laser Gulf ALQ", "Laser Gulf Engineering AZ" və "Laser Gulf Fabrication AZ" MMC-lər ləğv olunduğunu elan edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində bildirilir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39 ünvanına bildirə bilərlər.

 

Bütün xəbərlər