Ölkəyə 4198 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib – 10 ayın hesabatı

15:58 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında ölkəyə gətirilmiş elektriklə işləyən nəqliyyat vasitəsinin sayı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəyə 4198 elektriklə işləyən nəqliyyat vasitəsi idxal olunub.

Bu nəqliyyat vasitələrindən 4056-sı daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 142-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər