Qarabağdakı aeroportlar ICAO reyestrinə daxil ediləcək – Azərbaycanın ərazisi kimi

10:29 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

“Azərbaycan Hava Yolları” QSC-dən ABC.AZ-a saxil olan məlumata görə, hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

 

Bütün xəbərlər