Dövlət Agentliyi xidmət satınalınmasına 800 mindən çox pul xərcləyəcək

11:10 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs nir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Məlumat bazası proqram təminatları lisenziyalarının və dəstək xidmətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib.

Bundan sonra tenderin qalibinin “Technofusion” MMC-i olduğu açıqlanıb. Dövlət Agentliyi qalib şirkətə 836 min 983 manat ödəyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər