Ermənistanda daxili çaxnaşma güclənir – Etirazlar dayanmır

11:33 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanda etirazlar dayanmaq bilmir.

ABC.AZ-ın məlumatına görə, indi də etirqzçılar hərbi vəziyyətin ləğv olunmasını müzakirə etmək üçün fövqəladə iclas keçirməyi planlaşdıran müxalifəti dəstəkləmək məqsədilə parlamentin binası qarşısında toplaşıblar.

Etirazçılar bildirib ki, biz buradakı səlahiyyətlilərlə görüşmək üçün buradayıq.

"İnsanlar onları tanımayacaq. Hökumət tərəfdarı millət vəkilləri hərbi vəziyyət rejimini ləğv etmək üçün parlamentə gəlməli və iclasda iştirak etməlidirlər" deyə aksiya iştirakçıları bildirib.

 

Bütün xəbərlər