Gürcüstanda 39 nəfər virusun qurbanı oldu – Yoluxma da artdı

14:48 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Gürcüstanda bu günə olan yoluxma sayında yenidən artım müşahidə olunub. ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 3 801 yeni yoluxma qeydə alınıb.

Bu gün virusdan 39 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1124 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3200 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 118.690 nəfərə çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər