Azərbaycan bu göstəriciyə görə dünyada 24-cüdür – Hesabat

15:48 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb.

ABC.AZ xəbər verir ki, bu Dünya İqtisadi Forumu 2019-cu il üzrə “Yolların keyfiyyəti” göstəricisinə dair hesabatda qeyd olunub. Hesabata əsasən, Azərbaycana 5,20 bal verilib.

Qeyd edək ki, 2006-2019-cu illər arasında Azərbaycan üzrə orta bal 4,08 olub (2006-cı ildə minimum 3,32 bal, 2019-cu ildə maksimum 5,2 bal).

Müqayisə üçün bildirək ki, 141 ölkə əsas götürülməklə 2019-cu ilə dair dünya üzrə orta bal 4,07 olub.

 

Bütün xəbərlər