Azərbaycana gələn əcnəbilər daha çox hansı nəqliyyatdan istifadə edib? – Hesabat

16:27 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında hava nəqliyyatından istifadə edərək Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəmizə gələn əcnəbilərin 28,3 faizi hava nəqliyyatından istifadə ediblər.

Bəhs olunan dövrdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatı ilə ölkəmizə gəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər