İtaliyanın 5 bələdiyyəsi Azərbaycanın xeyrinə sənəd qəbul edib

17:16 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. İtaliyanın Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənədlər qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyi məlumat yayıb.

Sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

 

Bütün xəbərlər