Nazirlik 2 milyon 512,2 min manatlıq avtomobillər alır – Müqavilə imzalandı

11:13 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobilinin satın alınması ilə bağlı keçiriyi açıq tenderin qalibinin adını açıqlayıb.

ABC.AZ dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderdə qalib "Azərmaş Group" MMC olub. Nazirlik qalib şirkətlə artıq müqavilə də imzalayıb.

Müqaviləyə əsasən nazirlik hər avtomobil üçün orta hesabla 12,2 min manat, ümumilikdə şirkətə 2 milyon 512,2 min manat ödəyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər