Ermənistan prezidenti də Paşinyana qarşı çıxdı – Daxili vəziyyət pisləşir

10:09 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Ermənistanda daxili siyasi vəziyyət hər gün daha da pisləşir.

ABC.AZ xəbər verir ki, vəziyyət o yerə çatıb ki, Moskvadakı erməni icması ilə görüşündə Ermənistan prezidenti Armen Sarkisyan da çıxışında baş nazir Nikol Paşinyan hökumətinin istefasına eyham vurub.

O qeyd edib ki, böyük faciənin baş verməsinə səbəb olan hökumət getməlidir.

Onun sözlərinə görə, əgər siyasətçi güclüdürsə yenidən iqtidara qayıda bilər: “Sivil bir yol var - erkən seçkilər, müvəqqəti milli birlik hökuməti yaratmaq. Bu o demək deyil ki, müvəqqəti hökumətdə hər bir partiyanın öz naziri olmalıdır. Hökumət hörmətli şəxslər tərəfindən qurulmalıdır. Bu hökumət yeni seçkilərə qədər altı ay və ya bir il, xalq yenidən mandatı hansısa siyasi qüvvəyə təhvil verənə çalışmalıdır”.

 

Bütün xəbərlər