Koronavirus xəstəsinə cinayət işi açıldı – Səbəb

10:59 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Zərdabda marketə gedən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.

ABC.AZ-ın məlumatına görə, Zərdab rayon sakini 1971-ci il təvəllüdlü Ağayev Səbuhi İlyas oğlu 19.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə 27.11.2020-ci il tarixdə Zərdab rayonu ərazisində ərzaq mağazasında rayon sakinləri ilə təmasda olaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Bütün xəbərlər